(səslər: 4)

Kriminal aləm 2013-cü ildə qanlı döyüşə hazırlaşır

Müəllif: cippalina Bölmə: Tarix: 5-01-2013, 23:27 Şərh: 0 Baxış: 1513
Kriminal aləm 2013-cü ildə qanlı döyüşə hazırlaşır


Rövşən Lənkəranski ilə Ded Xasan arasındakı müharibənin artıq detalları da müzakirə edilib

Kriminal aləm 2013-cü ildə qanlı döyüşə hazırlaşır. Bu dəfə döyüş Aslan Usoyan (Ded Xasan) və ona qarşı birləşmiş müxalifətin lideri olan Rövşən Caniyev (Lənkəranski) arasında gedəcək. Ötən dekabrda hər iki tərəf “sxodkalar” apararaq bir-birlərinə qarşı ittihamlar səsləndiriblər. Bu barədə məlumat “Praym-kraym” saytında yer alıb.

Müharibə niyə başlayır?

Məlumata görə, Rövşən Caniyev Vyaçeslav İvankovun ölümünü təşkil etməkdə və Ded Xasana qarşı qəsddə ittiham edilir. 2010-cu ilin 16 sentyabrında Ded Xasana qarşı snayperli hücum təşkil edilib və o, özündən sonra mafiya imperiyasına kimin rəhbərlik edəcəyi barədə düşünüb. Bu zaman isə daha çox öz qohumu olan “Miron” ləqəbli kürd Dmitri Çantiriyanın namizədliyi üzərində dayanıb. 1981-ci ildə Gürcüstanda doğulan Miron 2004-cü ildə kriminal aləmdə möhkəmlənib. Bu zaman isə Ded Xasan öz qohumunu Yoraslavl üzrə nümayəndə təyin edib. 2004-cü ildə o, Ded Xasanın başqa bir qohumu - Yuri Usoyanla bərabər həbs edilib. Onların hər ikisində narkotik maddə tapılsa da, şərti cəza verilib. 2005-ci ildə Yoraslavlda Mirona qarşı saxta sənədlərdən istifadə ilə bağlı cinayət işi açılaraq axtarışa verilib. 2010-cu ildə Ded Xasana qarşı sui-qəsd təşkil edildikdən sonra Usoyan qohumunu Moskva ətrafına çağırıb. Hüquq-mühafizə orqanlarındakı mənbənin məlumatına görə, hazırda digər qanuni oğrularla, eləcə də biznesmenlərlə danışıqları məhz Ded Xasan tərəfindən Miron aparır. Miron mübahisələrin danışıqlar yolu ilə həllinə tərəfdar olaraq münaqişələrdən xoşlanmayan şəxs kimi xarakterizə edilir. Buna görə də Usoyanın qəti əlehdarları belə, Mirona qarşı loyal münasibət sərgiləyir. Lakin buna baxmayaraq, son zamanlar o, böyük bir qoruma ordusu ilə gəzməyə başlayıb. Ded Xasanın özünü isə 10 nəfərə yaxın mühafizəçi qoruyur. Hətta ən çox sevdiyi “Bosfor” restoranına (Mironun qərargahı) və özünün “Fayton” (Ded Xasanın qərargahı)” gedəndə belə onun əyləşdiyi masa canlı divarla əhatə olunur. Klanın yerlərdəki nümayəndələri də artıq bəllidir - Yoraslavlda bu missiyanı Yuri Usoyan, Sverdlovskda Ded Xasanın başqa bir qohumu Temuri Mirzoyev və Qazaxıstanda yezidi kürd olan Qadi Koloyan yerinə yetirir.

Ded Xasan özündən sonrakıları artıq müəyyən edib

Mənbə bildirib ki, klana rəhbərlik etməkdə Mironun qarşısını ancaq Zaxar Kalaşov kəsə bilər ki, o, kriminal aləmdə “Gənc Şakro” kimi tanınır. Hazırda İspaniyada cəza çəkən bu şəxs 2013-cü ildə azadlığa çıxacaq. Gürcüstan onun ekstradasiyasını tələb edir, çünki Şakro biznesmen Aleks Kreynanın oğurlanaraq qətlə yetirilməsinə görə qiyabi olaraq 18 il azadlıqdan məhrum edilib. Ancaq Gürcüstanda hakimiyyət dəyişikliyi onun ekstradasiyasının həyata keçiriləcəyini şübhə altında qoyub. Məlumatlara görə, Şakronun nüfuzu kriminal aləmdə, eləcədə də kürdlər arasında olduqca yüksəkdir. Onun azadlığa çıxdıqdan sonra özünü necə aparacağı bəlli olmasa da, həmişə Usoyanın qatı tərəfdarı kimi tanınıb. Ancaq məhkəmə hökmünə qədər ev dustağı olduğu zamanlarda Kalaşovla Ded Xasanın yaxın adamları arasında fikir ayrılığı yarandığı da bildirilir.

Hələlik isə Moskvada Şakronun maraqlarını onun keçmiş həyat yoldaşı Donara qoruyur. Məlumatlara görə, bu qadın şəxsən özü “sxodkalarda” iştirak edir və öz limuzinində gəzir.

Caniyev Azərbaycan mafiyasına rəhbərliyə iddialıdır

Mənbənin məlumatına görə, Ded Xasan öz opponenti Tariel Oniani ilə mübarizə apararkən (onlar həbsxanaya göndərilən Şakronun biznes imperiyasını kimin idarə edəcəyini müəyyənləşdirə bilmirdilər) meydanda ona qarşı daha bir güclü qüvvənin baş qaldırdığının fərqinə varmayıb. Bu qüvvələrin başında isə kriminal “generallar” olan Cemo Mikeladze (Cemo) və Rövşən Caniyev (Lənkəranski) dayanır. Rövşənin kriminal karyerası 1996-cı ildə başlayıb. Hazırda o, ən varlı “zakonniklərdən” hesab edilir. Onun Ded Xasanı “sevməməsi” üçün bir çox səbəbi var. R.Lənkəranski artıq çoxdan Azərbaycandan olan mafioz qruplaşmaların rəhbərliyinə iddialıdır, ancaq bunu hələlik əldə edə bilməyib. Azərbaycandan olan digər nüfuzlu “zakonniklər” Baxış Əliyev (Vaxa), Nadir Səlifov (Lotu Quli), Yusif Əliyev (Yuska Şəmkirski) Usoyanın klanına daxildir. Məhz buna görə də onlar Rövşən Canıyevə qarşı duruş gətirə bilirlər. Hələ 2009-cu ildə Vaxa və Rövşən Lənkəranski Moskvanın göyərti topdansatış bazaları uğrunda mübarizə aparıb. Bu “razborkalar” nəticəsində 20-dən çox qanqsterin öldüyü bildirilir. Ən çox itkini isə Rövşən Lənkəranski verib.

Rövşən Lənkəranskinin 10 azərbaycanlı “qanuni oğrusu”

2009-cu ildə Caniyevin başqa bir problemi yaranıb. Ded Xasanın yaxın adamı kimi tanınan Vyaçeslav İvankov (Yaponçik) Podmoskovyedə tikinti materialları, xüsusən də quru beton qarışıqları istehsalını əlinə almaq istəyib. Bu vaxta qədər isə tikinti materiallarının topdan və pərakəndə satış bazarı Rövşən Caniyevə yaxın şəxslərin əlində cəmləşmişdi. 2009-cu ilin yayında Yaponçikin də iştirakı ilə “sxodka” keçirilib və orada bir çeçenlə yanaşı, R.Lənkəranskiyə yaxın qanqsterlər də iştirak edib. “Söhbət” xoşagələn olmayıb və iyulun 28-də İvankova qəsd edilib. O, qısa müddət sonra xəstəxanada vəfat edib. Bundan sonra mübarizə daha da qızışsa da, R.Lənkəranski üstünlüyü əlində saxlaya bilməyib. Ona ən böyük zərbə isə 2010-cu ildə Ukraynada saxta sənədlərlə həbs edildiyi zaman vurulub. Ded Xasanın tərəfdarı olan azərbaycanlılar bu vəziyyətdən istifadə etməyə çalışaraq Rövşənin adamlarını onların nəzarət etdikləri sahələrdən kənarlaşdırmağa çalışıblar. Ancaq bu alınmayanda yenidən güllələr “danışıb”: 2010-cu ildə Vaqif Tukanov adlı avtoritet öldürülüb; Qısa müddət sonra isə Ded Xasana sui-qəsd təşkil edilib və o, qarnından yaralanıb; 2012-ci ildə Ded Xasanın “ailəsinə” daha bir itki üz verib- “Danabaş” ləqəbli azərbaycanlı avtoritet Vaqif Cəbrayılov güllələnib. Ancaq bundan sonra hadisələrdə Rövşən Lənkəranskinin rolu barədə fikirlər ciddiləşməyə başlayıb. Ded Xasanın təhlükəsizliyinə də cavabdeh olanlardan biri kimi tanınan “Danabaş” güllələndikdən sonra “küləyin haradan əsdiyi” barədə şübhələr yaranıb. Bundan sonra Caniyevin adı həm bu cinayətdə, həm də Yaponçikin ölümü və Ded Xasana sui-qəsddə hallandırılıb. Və Ded Xasanın “ailəsindən” olan, 10 nəfəri azərbaycanlı olmaqla 30 “qanuni oğru”nun imzası ilə kaloniyalara “malyatva” yayılıb. Beləliklə də R.Lənkəranskinin “qanuni oğru” adının alındığı barədə məlumatlar səsləndirilib.

Müharibənin detalları bəllidir

Ancaq Ded Xasanın bu tədbirləri bir qədər gec olduğuna görə, artıq Lənkəransı kriminal aləmdə öz nüfuzunu kifayət qədər möhkəmlədib. Artıq onu aralarında Cemo Mikeladze və Merab Canqveladzenin də olduğu 100-ə yaxın “qanuni oğru” dəstəkləyir. Məlumata görə, Usoyan-Lənkəranski müharibəsinə hazırlıq hələ 2009-cu ildən başlayıb. 2012-ci ilin payız və qışında Caniyevin rəhbərlik etdiyi “birləşmiş müxalifər” xaricdə “sxodkalar” keçirərək müharibənin detallarını müzakirə edib. Ded Xasan onu dayandırmaq üçün fəaliyyətə keçərək Yusif Əliyev və Baxış Əliyevı Lənkərnaskinin mövqeyini zəiflətmək üçün Ukraynaya göndərib. Vaxa üçün bu hərəkət xoşagəlməz sonluqla nəticələnib. Bir müddət sonra Caniyevin adamları Vaxanı İstanbulda ölümcül döyüblər. Ötən il dekabrın 10-da birdən-birə Usoyanın müxalifi olan 16 mafiozla Caniyevin görüşü barədə məlumat yayılıb.

Döyüş xaricdə aparılacaq

2013-cü ildə açıq müstəviyə keçəcək qanlı müharibənin Rusiyadan kənarda aparılacağı bildirilir ki, bunun da əsas səbəbi mafiya başçılarının əsasən İtalya, Yunanıstan, Fransa və ərəb ölkələrində yaşamasıdır. Digər tərəfdən Rusiyanın hüquq-mühafizə orqanları bu mafiya başçılarının olimpiada oyunları ərəfəsində ölkəyə qayıtmasına imkan verməyəcəklər. Digər tərəfdən Ded Xasanın xaricdə müharibə aparmaq sahəsində böyük təcrübəsi var. Məhz Avropa ölkələrində Ded Xasanın düşməni olan Onianinin klanına daxil olan çox sayda tərəfdar güllələnib.


AzNews.az




engine/modules/iLike/show.php faylı tapılmadı.
Rəylər
Rəyini yaz
Ad:*
E-Mail:
Rəy:
Kodu qeyd et: *

XƏBƏR LENTİ



    Yazılan xəbərlərdən razısınızmı?
    Bəli
    Xeyr
    Normal xəbərlərdi
    Siyası xəbərlərə üstünlük verin
    Musiqilərə çox yer ayırın